Antalyanın Manavgat mahalında baş verən yanğın söndürmə əməliyyatları zamanı polislə mübahisə edən  müğənni Yusuf Güney  saxlanılıb.  

Unikal.org xəbər verir ki, buna səbəb müğənnin yanmış ərazilərə getmək istəyi  olub. Belə ki, ərazidə olan polislər  buna müdaxilə edib. Lakin buna baxmayaraq, Yusuf israrla əraziyə - yanğını söndürməyə gedib.  Bu zaman polislə  müğənni arasında mübahisə yaşanıb.  Yusuf üzərində  gəzdirdiyi  silahla polisə atəş açıb.  Qısa zamanda müğənninin əlindəki silahı almaq mümkün olub. 

O, saxlanılaraq, polis bölməsinə aparılıb. Bu hərəkətinə görə onun barəsində qətimkan tədbiri seçilib. Araşdırma  aparılır.