Ukraynada Azərbaycan vətəndaşı öldürülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, Şəmkir rayon İrmaşlı kənd sakini, 1996-cı il təvəllüdlü Laçın Nurəddin oğlu Məmmədov Odessa şəhərində odlu silahla qətlə yetirilib. Onun xüsusi qruplaşma üzvləri tərəfindən qətlə yetirildiyi bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi barədə hələ rəsmi məlumat yoxdur.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.