Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı maşın yanıb.

Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, minik avtomobilinin idarəetmə lövhəsi, mühərrik hissəsi və təkərləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb