Avqustun 6-sı saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Unikal.org xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
09:38
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.
Unikal.org xəbər verir ki, hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.
Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.(apa)