Bakı şəhəri, Xətai rayonunun Aşıq Ələsgər küçəsi yaxınlığında, açıq ərazidə yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə,  FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən açıq ərazidə kol-kos yanır.