Azərbaycanda azyaşlı anasının rəfiqəsi tərəfindən şiddətə məruz qalıb.
Unikal.org xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Onun sözlərinə görə, azyaşlı Mədinənin anasının sevgilisi tərəfindən narkotikə alışdırılması iddia edilib: “Bu barədə azyaşlının xaricdə yaşayan qohumları bildirib. Mədinənin anası barəsində məlumatlar aidiyyəti qurumlara göndəriləcək. “Ümid edirəm ki, faktlar təsdiqini tapdıqda azyaşlı ilə bağlı obyektiv qərar çıxarılacaq. Onun anasının müalicə və reabilitasiyası ilə bağlı işlər aparılacaq”, - deyə K.Ağazadə qeyd edib.