Kürdəmir rayonunun Atakişili kəndində “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində bir minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.