Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Unikal.org xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 43 yaşlı Rauf Məmmədovun idarə etdiyi "166" yükdaşıma xidmətinə məxsus "Mercedes" markalı iritutumlu yük maşınına Kürdəmir istiqamətində hərəkətdə olarkən "Mercedes" markalı digər avtomobil arxadan çırpılıb.
Nəticədə minik maşınında olan sərnişinlərdən 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Aldığımız məlumat görə, ölənlər Zərdab rayon sakinləri 46 yaşlı Hüseynov Qalib Sabiq oğlu, 35 yaşlı Hüseynova Aytəkin Heydər qızı, 11 yaşlı Hüseynova Gülər Qalib qızı, xəsarət alanlar 12 yaşlı Hüseynli Aynur Qalib qızı və 6 yaşlı Hüseynov Sabiq Qalib oğludur.
Faktla bağlı araşdırma davam edir.