Neftçalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə şəhərin şəhid Samid İmanov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Niva” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.