Kəlbəcərdə baş verən yol-nəqliyyat hadisəsi zaman xəsarət alan şəxslərin kimliyi bəlli olub. 

Unikal.org-un məlumatına görə, hadisə zamanı avtomobildə olan 5 nəfərdən 3-ü, Məmmədov Natiq (2002-ci il təvəllüdlü), Əmraslanov Hüseyn (1999-cu il) və Hüseynov Niyaməddin ( 1997-ci il) xəsarət alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. Onların hər üçünün vəziyyətinin normal olduğu bildirilir.

*** 23:24

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, rayonun ərazisində hərəkətə olan "VAZ-21021” markalı minik avtomobili idarəetməni itirib.

Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.