Türkiyənin qadınlardan ibarət voleybol üzrə milli komandası son dönəm Tokio 2020-dəki çıxışından daha çox Ebrar Karakurt və sevgili müzakirə mövzusu lub.
Unikal.org-un məlumatına görə, millinin üzvü Ebrar Karakurt həmcinsi olan sevgilisi ilə fotosunu paylaşdıqdan qısa müddət sonra gələn təpkilərə görə paylaşımını silib.
Sooial şəbəkdə birmənaı qarşılanmayan bu fotoya görə, Ebrara dəstək çıxanlar da az olmayıb. Türkiyəli məşhur sənət adamları Ebrarın lehinə çıxışlar və paylaşımlar ediblər.
Maraqlısı bundadır ki, Ebrar və sevgilisi ilə bağlı müzakirəyə Cübbəli Əhməd kimi tanınan din alimi Əhməd Mahmud Ünlü də qoşulub. O sosial şəbəkədəki hesabı vasitəsi ilə Ünlü Ebrar Karakurtun bir günah işlətdiyini və ona səssiz qalanların əzabla əhatə olunacağını söyləyib.
"Eşitdiklərimə görə, milli komandada oynayan voleybolçu öz lezbiyanlığını ifşa edib və əli klaviatura tutan bir çox insan onun müdafiəsinə qalxıb. Bütün bu bəlalar kifayət deyilmiş kimi, cəmiyyətdəki bəzi insanlar daha da dağıdıcı olan bəlaya dəvətnamə göndərirlər.
Bilinməlidir ki, günahlar açıq şəkildə edilirsə və İslam cəmiyyəti buna reaksiya vermirsə, bunun əzabı yalnız bu günahları edənləri deyil, bütün cəmiyyəti tutacaq".