"Taliban" radikal qruplaşması avqustun 15-də hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan vətəndaşları ölkəni tərk etmək üçün müxtəlif yollara əl atıb.
Unikal.org xəbər verir ki, hava limanına axın edən minlərlə insan, öz vətəndaşlarını Kabildən çıxarmağa gələn xarici təyyarələrin təkərlərindən yapışaraq həyatlarını itirmək bahasına belə ölkədən qaçmağa çalışır.
Yayılan videolarda əfqan qadınların ABŞ əsgərlərinə yalvarışlarını əks etdirən görüntülər yayılıb. Həmin görüntülərin yayılmasından sonra "Taliban"ın əhali arasında nə qədər qorxu yaratdığı açıq-aşkar görünür.
Məlumata görə, son bir neçə gün ərzində başqa ölkələrə qaçmaq istəyən 7 əfqan vətəndaşı təyyarədən yıxılaraq ölüb. 40 nəfərə qədər mülki şəxs aeroportda baş verən izdiham və qarşıdurmalar zamanı ölüb, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ağarza Elçinoğlu