Şəmkir rayonunun Könüllü kəndində həyətyanı sahəyə yığılan altı ton ot bağlamasının dörd tonu, yaxınlıqda ümumi sahəsi 300 kvadrat metr olan ikimərtəbəli dörd otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ümumi sahəsi 60 kvadrat metr olan talvarın yanar konstruksiyaları yanıb.
Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.