ABŞ-ın Konektikut ştatında və Lonq-Aylend adasında (Nyu-York ştatı) qasırğa xəbərdarlığı elan edilib.
Unikal.org-un məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatları Milli Qasırğa Müşahidə Mərkəzindən bildirilib.
Məlumata əsasən, xəbərdarlıq "Henri" tropik fırtınasının qasırğaya qədər mümkün güclənməsi səbəbindən verilib:
"Qasırğa xəbərdarlığının edildiyi Lonq-Aylendin və Konektikutun bəzi rayonlarında qasırğaya bənzər hava şəraiti gözlənilir".
Bildirilib ki, qasırğa bazar günü Massaçusets ştatının cənubuna və Rod-Aylend ştatının ərazisinə çata bilər.