Ağdaşda yanğın hadisəsi qeydə alınıb.
Unikal.org xəbər verir ki, hadisə rayonun Babək küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə fəaliyyət göstərən rayon sakini Gülbəniz Məmmədliyə məxsus avtomobil təmiri sexində qəfildən yanğın başlayıb. Hadisə zamanı ümumi sahəsi 532 kv metr olan 17 təmir sexindən 4-ü, yəni 140 kv metr hissəsi yanıb. Alov qısa zamanda genişlənib, bu zaman sexdə təmir üçün dayanmış iki ədəd avtomobili "Opel” və "VAZ-2106” markalı avtomobillər yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.