Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub, iki əsgər isə yaralanıb.
Unikal.org xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada, dünən Donbasın Novomihaylivka və Piricepilivka bölgələrində separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgərinin öldüyü, 2 yaralının olduğu bildirilib. Həmçinin, ərazidə ATƏT-in nümayəndələrinin olduğu da qeyd olunub. Məsələ ilə bağlı Avropaya (ATƏT) məlumat verilib.
Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri rusiyapərəst separatçıların atəşkəsi 3 dəfə pozduğunu açıqlayıb.
Gülayə Mecid