Bu gün Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Unikal.org-un məlumatına görə, növbəti yarış günündə əvvəlcə cüdoçular - Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Hüseyn Rəhimli (81 kq) qüvvəsini sınayacaq.
Vəliyeva Dayana Fedosova (Qazaxıstan) / Halithon Husan (Qırğızıstan), Hüseynova Hiroko Kudo (Yaponiya) - Liana Mutia (ABŞ), Rəhimli isə Daniel Pouel (Böyük Britaniya) / Harli Pereyra (Braziliya) cütünün qalibi ilə qarşılaşacaq.
Daha sonra isə Azərbaycan para-atleti Həmid Heydəri nizə atma növü üzrə mübarizəyə qoşulacaq.
Tokio-2020 Yay Paralimpiya Oyunları
Cüdo
Qadınlar
57 kq
05:30. Sevda Vəliyeva - Dayana Fedosova (Qazaxıstan) / Halithon Husan (Qırğızıstan) cütünün qalibi
63 kq
05:30. Xanım Hüseynova - Hiroko Kudo (Yaponiya) - Liana Mutia (ABŞ)
Kişilər
81 kq
05:30. Hüseyn Rəhimli - Daniel Pouel (Böyük Britaniya) / Harli Pereyra (Braziliya) cütünün qalibi
Atletika
Nizə atma
14:00. Həmid Heydəri