Bu gün Azərbaycanın 5 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
Unikal.org-un məlumatına görə, yarışın növbəti günündə 3 atlet və 2 pauerliftinqçi qüvvəsini sınayacaq.
Səid Nəcəfzadə və Kamil Əliyev uzunluğa tullanma, komandanın bayraqdarı Oloxan Musayev disk atma növündə çıxış edəcək. Atletika yarışları Bakı vaxtı ilə saat 04:34-də start götürəcək. Musayev daha əvvəl nüvə itələmədə 5-ci yeri tutub.
Pauerliftinqçilərdən Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (+107 kq) medal qazanmağa çalışacaq. Hüseynov Bakı vaxtı ilə saat 06:00-da, Aslanov isə 13:30-da mübarizəyə başlayacaq.
Qeyd edək ki, hazırda aktivində 9 qızıl və 3 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 7-ci pillədə qərarlaşıb.