Bu gün Azərbaycanın 6 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
Unikal.org xəbər verir ki, bunların ikisi güllə atıcısı, biri üzgüçü, üçü isə atletdir.
Qadınların 10 metr məsafəyə güllə atma yarışında Yelena Taranova, kişilərdə isə Kamran Zeynalov qüvvəsini sınayacaq. Taranova Bakı vaxtı ilə saat 04:30-da, Zeynalov isə 07:00-da mübarizəyə başlayacaq.
100 metr məsafəyə sərbəst üsulla üzmədə Roman Saley medal qazanmağa çalışacaq. O, daha əvvəl 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 4-cü olub. Üzgüçülük yarışları Bakı vaxtı ilə saat 04:30-da start götürəcək.
Yelena Çebanu, Yuliya Yanovskaya və Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda çıxış edəcək. Bakı vaxtı ilə saat 05:25-də təsnifat, 07:00-da isə final mərhələsi başlayacaq.
Qeyd edək ki, hazırda aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.