Türkiyənin Trabzon şəhərində dəhşətli cinayət hadisəsi qeydə alınıb.
Unikal.org xəbər verir ki, molla Emre Göktaş 12 illik həyat yoldaşı ilə mübahisə edib. O, dəfələrlə qadını şiddətə məruz qoyub. Bu səbəblə də, məhkəmə molla barəsində uzaqlaşdırma qərarı alıb. 4 aydır ailəsindən uzaq qalan Emre yenidən evinə qayıdıb. O, həyat yoldaşına qızları ilə gəzintiyə çıxacağını bildirib. 3 azyaşlı qızını alaraq evdən uzaqlaşan cani ata silahla onların hər birini qətlə yetirib.
Hadisə şahidləri qısa zamanda polisə xəbər verib. Əraziyə gələn polislər mollanı cinayət üstündə saxlayıblar. O, həyat yoldaşından intiqam almaq üçün qızlarını öldürdüyünü bildirib. Şəxs barəsində qətimkan tədbiri seçilb.
Faktla bağlı araşdırma aparılır.
Gülayə Mecid