Bu gün dörd nəfər batma təhlükəsi ilə üzləşib.
Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Lökbatan” və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas olunub.