Meksikanın Tula şəhərində yerləşən xəstəxanada güclü yağışlar nəticəsində oksigen təchizatında problemlər yaşanıb.

 Unikal.org xəbər verir ki, bu barədə AP agentliyi yazıb.

Oksigen təchizatının dayanması nəticəsində 16 nəfər vəfat edib. Onlardan 6-sı koronavirus xəstələri şöbəsində, qalanı reanimasiyada olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.