İndoneziyada həbsxanada yanğın baş verib.
Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Həbsxana Departamentinin mətbuat katibi bildirib.
O, qeyd edib ki, hadisə Banten əyalətində qeydə alınıb. Yanğın zamanı azı 41 nəfər həlak olub.
Qeyd edilib ki, xəsarət alanların sayı 79 nəfərdir. Onlardan 8-i yanıq xəsarəti alıb. Digər 71 nəfərin isə xəsarəti yüngüldür.
Hazırda həbsxanada təxliyə işləri həyata keçirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ağarza Elçinoğlu