Vyetnamda bir nəfər sərt karantin qaydalarını pozduğuna və COVID-19 virusunu yaydığına görə 5 il həbs cəzasına məhkum edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı Le Van Tri Kamau əyalətinin Xalq Məhkəməsində keçirilən məhkəmə prosesində "təhlükəli yoluxucu xəstəliklər yaymaqda" günahkar bilinib.
Le Van Tri Xoşimindən Kamauya qayıdarkən 21 günlük karantin qaydalarını pozub. Nəticədə o 8 nəfəri yoluxdurub. Onlardan biri isə 1 aylıq müalicədən sonra virusdan ölüb.
Xatırladaq ki, Vyetnamda bundan öncə daha iki nəfər eyni ittihamla 18 ay və iki il sınaq müddətinə məhkum edilmişdi.