Rusiya pedofillərə edam cəzasını bərpa etməyi düşünür.

Unikal.org xəbər verir ki, təklif Rusiya Dövlət Dumasının deputatı, Dövlət Dumasının Qanunvericilik və Dövlət Quruculuğu Komitəsi sədrinin birinci müavini Mixail Emelyanov tərəfindən irəli sürülüb. 

Millət vəkili qeyd edib ki, Kiselyovsk şəhərində əvvəllər azyaşlılara qarşı cinsi istismara görə məhkum edilmiş bir adam tərəfindən törədilən on yaşlı məktəbli qətllərinə cavab olaraq belə bir qanunun qəbulu vacibdir.

"Düşünürük ki, pedofil qatllərə və terrorçulara ölüm cəzası tətbiq olunmalı və Avropa Şurasının mövqeyindən asılı olmayaraq moratorium ləğv edilməlidir. Dövlətimizin daxilindəki vəziyyəti rəhbər tutmalıyıq", -  deyə çıxış edən millət vəkili, bu məsələnin həllinin yeni çağırılan Dövlət Dumasından asılı olacağını əlavə edib.

Ağarza Elçinoğlu