İranda ötən sutka ərzində 538 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 112430 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 26854 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5210978 nəfərə çatıb.