Konqo Demokratik Respublikasının şimal-şərqindəki Tşopo əyalətində meningit xəstəliyi yayılıb.
Unikal.org xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika regional ofisinin saytındakı məlumata görə, bölgənin Banalia icmasında 261 nəfər meningitə yoluxub ki, bunların 129 nəfəri ölüb. Bununla da ölüm nisbəti 50 faizə yaxınlaşıb.
ÜST-ün dəstəyi ilə əyalətdə yoluxanlara yardım edən mütəxəssislər qrupu fəaliyyətə başlayıb, xəstəliyin daha da yayılmaması üçün böhran komissiyası yaradılıb.
Afrikanın 26 ölkəsini əhatə edən “meningit qurşağı”na daxil olan Tşopo əyalətində 2009-cu ildə də həmin xəstəliyə 214 nəfər yoluxmuş, bunların 15 nəfəri ölmüşdü.