Çin hakimiyyəti Əfqanıstanda “Taliban”ın qurduğu yeni hökuməti dəstəkləməyə hazırdır.
Unikal.org “Ariananews.af”a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Pekində keçirdiyi brifinqdə “Taliban” hökumətinin tanıyıb-tanımayacaqları ilə bağlı suala cavabında bildirib.
V.Venbin deyib ki, Çin Əfqanıstanın suverenliyinə, müstəqillyinə və ərazi bütövlüyünə hörmət edir.