İndoneziyada sel nəticəsində Mərkəzi Kalimantan əyalətinin Katingan mahalının 13 bölgəsində 15 min 439 ev su altında qalıb, 25 min 443 adama ziyan dəyib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakət İdarəetmə Agentliyi çərşənbə günü məlumat verib.
"Son bir neçə gündən sonra yağan yağışlar Katingan və Samba çaylarının daşmasına səbəb olub. 794.100 hektar ərazini əhatə edən daşqınlar 78 məktəbi, 36 tibb müəssisəsini, 40 inzibati binanı və 67 ibadət evini də su altında qoyub", - deyə agentliyin sözçüsü Abdul Muhari bildirib.
Səlahiyyətlilər, hazırda müxtəlif ərazilərdə 112 təxliyəçini yerləşdirə biləcək evakuasiya məntəqələri qurublar. Əhaliyə yemək, yorğan, və digər vasitələr verilib. Hazırda yollarda nəqliyyatın hərəkətində ciddi problemlər var.
Ağarza Elçinoğlu