Azərbaycan torpaqlarını azad etmək üçün 30 il gözlədi, amma bu müddət ərzində danışıqlar fayda vermədi, Minsk qrupu işini görmədi. Nəticədə, Azərbaycan güc işlədərək öz torpaqlarını azad etdi. Ermənistan bunlardan dərs çıxarmalıdır.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, ölkələr həm hərbi, həm də diplomatik gücə malik olmalıdır: "Azərbaycan 30 il gözlədi və sonda nə etdi? Güc işlədərək 44 günə öz torpaqlarını azad etdi. İndi də diplomatiya üçün əlverişli mühit yaranıb. Biz isə müsbət siqnallar verir, Ermənistandan da müsbət siqnallar gəlir. Amma bu siqnallar sözdə qalmamalıdır. Ermənistan bunlardan dərs çıxarmalıdır. Anlamalıdır ki, qonşu ölkələrin torpaqlarını ələ keçirməklə heç nəyə nail olmayacaq".