Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 214 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 318 835 nəfər test edilib, onların 23 562-nin koronavirus testi pozitiv nəticə verib, 35 083 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 101 048 667 peyvənd tətbiq edilib.