İtaliyanın cənubundakı Antelleriya adasında baş verən qasırğa nəticəsində azı 2 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Məlumatda daha 9 insanın xəsarət aldığı bildirilir.

Qəzet bildirib ki, azı 10 avtomobilə ziyan dəyib. Təbii hadisə digər mülki infrastrukturlara da ziyan vurub.