Xəzər dənizinin şimalında, Həştərxan vilayəti sahillərində içərisində 49 nəfərin olduğu teploxod saya oturub.
Unikal.org-un məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti idarəsi bildirib.
Hadisə Volqa-Xəzər kanalının 120-ci kilometrində qeydə alınıb. Gəminin saya oturması nəticəsində xəsarət alanların olmadığı deyilir. Gəmidə yalnız heyət üzvləri olub.
Hadisə nəticəsində bölgədə gəmilərin hərəkəti dayandırılmayıb.