Yaponiyada Motimaru adlı şotland pişiyi “YouTube” kanalında ən çox baxılan ev heyvanı olaraq “Ginnesin rekordlar kitabı”na düşüb.
Unikal.org xəbər verir ki, pişiyin videoları 685 milyondan çox baxış yığıb.
Hazırda o, “YouTube” kanalının ən populyar ev heyvanıdır.
“Motimaru's Diary” kanalı 2019-cu ildə yaradılıb. Motimarunun sahibi ilk günlər onun gündəlik videolarını paylaşıb. Pişiyin layf-kontenti tezliklə izləyicilərin xoşuna gəlib və çoxlu sayda abunəçi toplayıb.
Hazırda “Motimaru's Diary” kanalının 1,4 milyon izləyicisi var.