Sentyabrın 11-də "Şüvəlan" və “Yevlax” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Bu barədə  Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, xilasetmə əməliyyatı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.