"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımovun koronavirusdan vəfat etmədiyi bəlli olub.
Unikal.org xəbər verir ki, bu barədə mərhumun oğlu Manaf məlumat verib.
O, İlqar Qasımova aid "facebook" səhifəsindən bu sözlər bildirib:
"Atam İlqar Qasımov koronavirusdan rəhmətə getməyib".
***21:45
"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Məlumata görə, o, koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, o, bir neçə gün əvvəl COVID-19-a yoluxmuşdu. Hüquqşünas bu barədə sentyabrın 2-də özünün feysbukdakı səhifəsində bildirib. (Report)