COVID-19 pandemiyası səbəbindən fəaliyyəti müvəqqəti olaraq dayandırılan Türkiyə universitetləri sentyabrın 13-dən etibarən ənənəvi təhsilə başlayır.

Unikal.org xəbər verir ki, pandemiya qaydaları çərçivəsində davam etdiriləcək 2021-2022-ci tədris ili ərzində universitetlər hibrid təhsil modeli, yəni, fəndən asılı olaraq üz-üzə və ya distant qaydada fəaliyyət göstərəcək.

Universitet binaları xəstəliyin yayılmasının qarşısının alınması məqsədiləTürkiyənin Səhiyyə Nazirliyi tərəfindən xüsusi rəqəmsal texnologiyalarla izlənəcək. Ötən il ərzində təhsildə yaranan boşluqların aradan qaldırılması məqsədilə həftə sonları da müvafiq dərslərin keçirilməsi nəzərdə tutulur. İmtahanların da ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.