"Şimali Koreya tərəfindən keçən həftə raket sınaqları ABŞ və digər ölkələr üçün təhlükədir".
Unikal.org xəbər verir ki, bu sözləri ABŞ-ın Hind-Sakit Okean Komandanlığı bildirib.
"Bu yanaşma, Şimali Koreyanın qonşuları və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradan hərbi proqramını inkişaf etdirmək üçün işlərini davam etdirdiyini nümayiş etdirir", - deyə bəyanatda qeyd olunub.
Şimali Koreya dövlət xəbər agentliyinin bir neçə saat əvvəl yaydığı bir xəbərə görə, aylar arası fasilədən sonra, 11-12 sentyabr tarixlərində, ölkə 1500 kilometr məsafədə hədəfi vuraraq ərazi sularına düşən yeni qanadlı raketini sınaqdan keçirib. Rəsmi Pxenyanın məlumatına görə, yeni raket "böyük strateji əhəmiyyətə malik silahdır".
Ağarza Elçinoğlu