Rusiyanın An-26 təyyarəsinin Yaponiya hava məkanını pozmasıyla əlaqədar olaraq Tokio diplomatik kanallar vasitəsilə Moskvaya etirazını çatıdırıb.

Unikal.org xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Kaçunobu Kato deyib. O, Yaponiyanın oxşar insidentlərin təkrarlanmamasını tələb etdiklərini bildirib.

Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi dünən Rusiyanın An-26 təyyarəsinin iki dəfə ölkənin hava məkanını pozduğunu açıqlamışdı.