İstanbulun mərkəzi yerlərindən biri olan Şişli rayonunda aparılan qazıntı işləri zamanı V əsrə aid tikili tapılıb.
Unikal.org xəbər verir ki, yerin 1 metr 20 santimetr dərinliyində tapılan qalıqlar arxeoloqlar tərəfindən araşdırılıb. Altı metr yüksəkliyi, iki metr qalınlığı olan bu tikilinin böyük ehtimalla Bizans dövrünə aid "Haliç divarları"nın bir hissəsi olduğu müəyyən edilib.
1600 illik tikilinin restovrasiya ediləcəyi bildirilib.