İtaliyanın “Yuventus” klubu 2020/2021 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.
Unikal.org Turin klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun ötən il üzrə zərərinin 209,9 milyon dollar təşkil etdiyi bildirilib. Bu, klub tarixində rekord itkidir.
“Yuventus”un belə zərərə uğramasının əsas səbəbi koronavirus pandemiyasına görə oyunların azarkeşsiz keçirilməsidir.
“Yuventus” ötən mövsümü A Seriyasında 4-cü sırada bitirib.