Almaniyanın "Bavariya" futbol klubu ölkə çempionatının beşinci turunda "Boxum"u 7: 0 hesabı ilə darmadağın edib.

Unikal.org xəbər verir ki, qalib komandanın heyətində qolları Leroy Sane, Yozua Kimmix (dubl), Serj Qnabri, Erik-Maksim Şupo-Motinq və Robert Levandovski vurublar.

Bundesliqada 5 turdan sonra "Bavariya" 13 xalla turnir cədvəlinə başçılıq edir. Münhen klubu 5 oyunda 20 qol vuraraq cəmi 4-ün buraxıb. "Boxum" üç xalla 17 -ci yerdədir.