Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilən vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə “ALİNA” şadlıq evində məclis təşkil edildiyi və xüsusi karantin rejimi qaydalarının pozulduğu aşkar edilib.
Ümumilikdə səkkiz nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.