Cənubi Koreyanın paytaxtı Seul şəhərində 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək.
Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyinin şəhər nəqliyyatı ilə bağlı konsepsiyasında deyilir.
Qeyd olunur ki, aerotaksilərin kommersiya istismarının ilkin mərhələsi 2025-2029-cu illəri əhatə edəcək. Bu müddətdə taksilər Seulun mərkəzini Kimpho və İnçhin hava limanları ilə əlaqələndirəcək.
Aerotaksilər istismarın ilk mərhələlərində sürücülər tərəfindən idarə olunacaq. 2035-ci ildən başlayaraq isə taksilər pilotsuz hərəkət edəcək.
Hava taksilərinin 300-600 metr yüksəklikdə hərəkət etməsi nəzərdə tutulur.