“Bu günə qədər II Qarabağ müharibəsində müxtəlif dərəcəli xəsarətlər alan 2000-ə yaxın qaziyə əlillik təyinatı aparılıb”.

Unikal.org xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra yaralanan 5 281 hərbi qulluqçu müayinə edilib.