"Mürəkkəb siyasi və qütbləşmiş seçkiqabağı mühitə baxmayaraq, Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər demək olar, sakit, ədalətli, təhlükəsiz və rəqabət mühitində keçirilib. Çox əhəmiyyətlidir ki, bu gün demokratiyaya və sabitləşməyə daha bir addım atılıb".
Unikal.org xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili televiziya vasitəsilə müraciətində deyib.
"Gürcü Arzusu" partiyası 47 % səslə bütün Gürcüstan üzrə inandırıcı qələbə qazanıb", - deyə ölkənin Baş naziri İrakli Qaribaşvili brifinqdə çıxış edib.
Onun sözlərinə görə, seçkilər uğurlu, sakit və ədalətli şəraitdə keçib, beynəlxalq müşahidəçilər tərəfindən birmənalı olaraq müsbət qiymətləndirilib.
Hökumət başçısı seçicilərə etimada görə təşəkkürünü bildirib.
İ.Qaribaşvili qeyd edib ki, seçkilərin ikinci mərhələsi 64 bələdiyyənin yalnız 20 və yaxud 31%-də təyin olunub:
"Bizim namizədlərimiz ikinci mərhələdə də qələbə əldə edəcək".