Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun hündürlükdən yıxılaraq ağır xəsarət alan qardaşı Pərviz İsgəndərov vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə onun əmisi oğlu Vəli İsgəndərov məlumat yayıb.
Bildirilir ki, Pərviz İsgəndərov həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov sentyabrın 25-də yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq xəsarət alıb. O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalarının birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.