Ağsuda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

Unikal.org xəbər verir ki, Avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Mehdiyeva Məleykə Salay qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol kürək nahiyəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.