“Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində zəfər qazanandan sonra ermənipərəst qüvvələr bizim aramızda olan erməni xislətli insanlardan istifadə elədi. Bu məsələni bu cür tamami ilə əsassız şəkildə gündəmə gətirməyə cəhd elədi”.

Unikal.org xəbər verir ki, bu fikirləri Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

“Qurban Məmmədov və onun kimiləri bu gün də ermənilərin maşasıdır”, - o vurğulayıb.