2021-ci il noyabrın 7-dən etibarən Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı-Bakı marşrutu ilə reyslərin həyata keçirilməsinə başlayacaq.

Unikal.org-un məlumatına görə, bununla əlaqədar Qazaxıstanın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə qurumlararası komissiyasının qərarında deyilir.

Qeyd olunur ki, uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Qərarda o da bildirilir ki, Qazaxıstandan Azərbaycana reyslərin sayının artırılması mövcud epidemioloji vəziyyətdən, eləcə də qurumlararası komissiyanın və Azərbaycanın müvafiq strukturlarının qərarlarından asılı olacaq.